Paytaxtın Lefortovo məhkəməsi amerikalı Eugene (Gen) Spektoru casusluq işi üzrə həbs edib. Bu, məhkəmənin materialından belə çıxır.

Məxfi olduğu üçün işin təfərrüatları açıqlanmayıb. Casusluq maddəsinə əsasən, Spektoru 20 ilə qədər həbs cəzası gözləyir.

Qeyd edək ki, Gen Miron Rusiya Federasiyası baş nazirinin keçmiş müavini Arkadi Dvorkoviçin keçmiş köməkçisi Anastasiya Alekseyevaya qarşı rüşvət işi ilə məşğul olub. Spektor rüşvət almaqda vasitəçilik etməkdə təqsirli bilinib.

O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 291.1 maddəsi ilə rüşvətin üç misli miqdarında - 14,1 milyon rubl məbləğində cərimə ilə dörd il müddətinə azadlıqdan məhrum edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN