Aİ-də artıq Ukraynanın müharibəni udmaq şansının olmadığını düşünənlər var.

 Avropa İttifaqının (Aİ) hərbi məsələlər üzrə komitəsinin sədri general Robert Briger bildirib ki, Rusiya Ukraynada uzun müddət müharibə aparmağa qadirdir.

 O, bu barədə o, "Die Welt" qəzetinə müsahibəsində bildirib.

 Avstriyalı generalın fikrincə, “ixtiyarında olan vasitələrlə Ukraynanın tam suverenliyini bərpa etməyin mümkün olub-olmadığı sual altında qalır”.

 "Mən həmçinin Ukrayna qoşunlarının Rusiyanın müdafiə xətlərini yarması ilə bağlı proqnozlardan ehtiyat edərdim", - deyə Briger diqqətə çatdırıb.

 Onun sözlərinə görə, Kiyevin hücum üçün mövcud olan briqadalarının sayı çox deyil.

Həmçinin qeyd edib ki, Rusiyanın sıx və yaxşı möhkəmləndirilmiş müdafiə xətləri yaratmaq üçün aylarla zamanı olub.

 O,  bu müharibənin Ukraynanın hərbi uğuru ilə bitməsini arzuladığını, lakin belə bir proqnozun mümkünsüz olduğunu vurğulayıb.

 Aİ-nin Hərbi Məsələlər Komitəsinin sədri də hesab edir ki, Rusiya Federasiyası Ukraynada döyüşləri “çox uzun müddət” davam etdirməyə qadirdir.

 O, bu müharibəni davam etdirməsi üçün Rusiyanın böyük silah kütləsi və böyük potensial kadr ehtiyatına sahib olmasına da diqqət çəkib.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN