Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiətilə Gorus-Xankəndi istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.
Tezadlar.az xəbər verir ki, bu gün məntəqədən Gorus-Xankəndi istiqamətində BQXK-ya məxsus ümumilikdə 10 nəqliyyat vasitəsi keçid edib. Həmin nəqliyyat vasitələrinin içərisində 38 nəfər şəxs olub. Onlardan 5-i BQXK-nın üzvü, 10-u sürücü, 15 nəfəri xəstə, 6 nəfəri müşayiətçi, 2 nəfəri isə tibb işçisidir. Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib. Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir. Həmçinin, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.