ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Vivek Ramasvami, Corciya ştatının Fulton qraflığında həbsxanada keçmiş dövlət başçısı Donald Trampın hakimiyyətə təslim olması ilə bağlı mediada yazılanları tənqid edib.
Fox News-da o qeyd edib ki, siyasətçinin təslim olması ilə bağlı səs-küy, formal da olsa, yersizdir.
“Ayıbdır. Bu, Donald Trampın deyil, milli vətəndaş sağlamlığımızın ittihamıdır. Biz o yerə gəldik ki, əsas siyasi rəqibini dayandırmaq üçün seçkinin ortasında istənilən yurisdiksiyada hər hansı ittihamdan istifadə edəcək bir hakim partiyamız (Demokratik Partiya) var,” - Ramasvami izah edib.
O əlavə edib ki, ABŞ hakimiyyəti Trampa təzyiq göstərir, onun prezidentlik kampaniyasına müdaxilə etməyə çalışır.
2023-cü ilin yayında Tramp 2021-ci ilin yanvarında Kapitoliyə hücum cəhdi və keçmiş ABŞ prezidentinin Mar-a-Laqodakı malikanəsində məxfi sənədlərin qanunsuz saxlanması ilə bağlı eyni anda bir neçə cinayət işi üzrə ittiham olunub. Siyasətçinin özü bütün hallarda günahını rədd edir, ona qarşı aparılan araşdırmaları varisi Co Bayden administrasiyası tərəfindən siyasi təqib adlandırır. KİV-in məlumatına görə, Tramp tərəfdarlarına xəbərdarlıq edib ki, onu bütün ittihamlar üzrə 561 il həbs gözləyir.
E.ŞİRİNOV