TASS könüllü briqada döyüşçüsünə istinadən yazır ki, KXDR-in Soledar bölgəsində gedən döyüşlər zamanı bir neçə polşalı muzdlu rus əsgərlərinə təslim olub.
Hərbçilərin sözlərinə görə, bu, ukraynalı millətçilərin Soledar bölgəsində şimal cinahına hücum cəhdinin uğursuzluğundan sonra baş verib.
"Düşmənin hücumları dəf edilib, Ukrayna Silahlı Qüvvələrinin bir neçə döyüşçüsü və polşalı muzdlular əsir götürülüb", - rusiyalı könüllü bildirib.
Ukrayna Silahlı Qüvvələri üç gün ərzində Rusiya hərbçilərinin mövqelərinə basqın etməyə cəhd edib. Ukrayna millətçiləri top artilleriyasından, minaatanlardan kütləvi atəşə tutublar, həmçinin qadağan olunmuş kasetli sursatlardan istifadə ediblər. Bununla belə, Ukrayna ordusuna qarşı bütün hücum cəhdləri dəf edilib.
E.ŞİRİNOV