İstanbul küçələrində gəzən meymun sosial şəbəkələrdə "günün qəhrəmanı"na çevrilib.
Bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
Meymun şəhərin küçələrində gəzərək insanlara hücum edib. Yayımlanan görüntülərdə onun qıza necə hücum etdiyi və ayaqlarını dişləməsi əks olunub. Başqa bir videoda isə heyvan məhəccərli balkona çıxarıb. Onun evlərdən birinə girərək mebelləri zədələdiyi də bildirilir.
Telekanalın məlumatına görə, meymunun hücumuna məruz qalan 3 nəfər xəstəxanaya yerləşdirilib.
E.ŞİRİNOV