Rusiyanın paytaxt hava limanlarının onlayn tablosunun son məlumatlarına görə, Moskvada uçuş və eniş üçün 50-yə yaxın reys təxirə salınıb, daha 6 reys isə ləğv edilib.
Tezadlar.az Rusiya KİV- lərinə istinadla bildirir ki, Domodedovo hava limanında 6 reys yubanıb, yerli vaxtla 05:45-ə (Bakı vaxtı ilə saat 06:45) olan məlumata görə iki reys təxirə salınıb. Vnukovoda 17 reys yubanıb, bir reys isə ləğv edilib. “Şeremetyevo” hava limanında 23 reys yubanıb. “Jukovski”də üç reys təxirə salınıb. Uçuşların yubanması Moskva vaxtı ilə saat üçdə (Bakı vaxtı ilə saat 4-də) məlum olub. Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi və paytaxt meri Sergey Sobyanin Moskva, Kaluqa və Tver vilayətlərində pilotsuz uçuş aparatlarının vurulduğunu açıqlayıb.
"Təzadlar" adının çəkilməsini istəməyən və Moskvada yaşayan soydaşlarımıza istinadla bildir ki, paytaxtda hazırkı vəziyyət narahatlıq doğurur: "...Gecə saatlarında işıqlarımıız söndürməyə məcbur oluruq ki, PUA- lar bizi görməsin. Moskvanın indiki halı az qala 1941-45- ci illərin müharibə ab- havasını xatırladır...".
SƏBUHİ