Sankt-Peterburqun Kirovski rayonunda 608 saylı məktəbin 17 şagirdi və işçisi kəskin bağırsaq infeksiyasına yoluxduğu üçün həkimə müraciət edib. 13 uşaq xəstəxanaya yerləşdirilib.
Bu barədə “Rospotrebnadzor”un yerli idarəsi məlumat yayıb.
"608 nömrəli tam orta məktəbdə təhsil alan işçilər və şagirdlər arasında 17 kəskin bağırsaq infeksiyası faktının qeydə alınması ilə əlaqədar 13 uşaq şəhərin yoluxucu xəstəliklər xəstəxanalarına yerləşdirilib", - məlumatda deyilir.
Əlavə edilir ki, məktəblilərin qidasını Kirovski zavodu təmin edir. İnfeksiya ocağının əmələ gəlməsinin səbəbləri və şərtləri müəyyən edilir, “Rospotrebnadzor” tərəfindən sanitar-epidemioloji araşdırmaya başlanılıb.
E.ŞİRİNOV