Ukrayna prezidenti Vladimir Zelenski ölkədə infrastrukturun istilik mövsümünə hazırlığından narazıdır.
Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTŞ) katibi Aleksey Danilov bildirib.
O xatırladıb ki, çərşənbə günü Ali Baş Komandanın qərargahında dövlət başçısının rəhbərliyi ilə Ukraynada istilik mövsümünə hazırlığın gedişi müzakirə olunub.
"Prezident hazırda aparılan hazırlıqlardan narazı qaldı. Deyə bilərəm ki, növbəti iclas şənbə gününə təyin edilib ki, bu məsələ ilə məşğul olan hər kəs bu işin necə aparıldığı barədə məlumat versin", – Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi “1+1” telekanalının efirində deyib. - “Bu məsələ prezidentin nəzarətindədir”.
Bununla yanaşı, Danilov Ukraynanın növbəti istilik mövsümündən keçməsinin əvvəlki ilə müqayisədə daha çətin olub-olmayacağına cavab verməkdə çətinlik çəkib.
E.ŞİRİNOV