Rusiya prezidenti Vladimir Putin Moskva merinin seçkisində onlayn səs verəcək.
Bunu jurnalistlərə prezidentin mətbuat katibi Dmitri Peskov deyib.
O, həmçinin son illər seçki texnologiyalarının inkişaf edərək daha rahat və mütəşəkkil olması ilə əlaqədar olaraq, belə seçkilərdə ümumilikdə seçicilərin yüksək fəallığını qeyd edib.
"Əlbəttə, Putin də bu seçkilərdə səs verəcək" deyən Kreml sözçüsü bunun Moskva merinin seçkisi olduğunu dəqiqləşdirib. O əlavə edib ki, iş qrafiki çox olduğundan dövlət başçısı bunu onlayn rejimdə həyata keçirəcək.
Xatırladaq ki, Moskva merinə seçkilər sentyabrın 8-dən 10-dək keçiriləcək və paytaxt sakinləri üçün bir neçə səsvermə metodu əlçatan olacaq: onlayn və seçki məntəqələrində.
E.ŞİRİNOV