Ermənistan parlamentinin deputatı, baş nazir Nikol Paşinyanın partiyasının üzvü, xarici əlaqələr komissiyasının rəhbəri Sarqis Xandanyan bildirib ki, ölkənin NATO-ya daxil olması texniki və siyasi baxımdan mümkün deyil.

Onun sözlərini TASS sitat gətirib.

“NATO-ya üzvlük məsələsinə gəlincə, mən texniki və siyasi səbəblərdən bunun mümkünlüyünü görmürəm və Ermənistan hökuməti heç vaxt üzvlük istəyindən danışmayıb”, - Xandanyan bildirib.

Eyni zamanda, parlamentari KTMT-ni (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) tənqid edərək, assosiasiyanın “Ermənistanı tərk etdiyini” deyib.

Xandanyan həmçinin qeyd edib ki, İrəvanın “Moskvaya çoxlu sualları var”.

Sentyabrın 6-da Ermənistan Müdafiə Nazirliyi sentyabrın 11-dən 20-dək Ermənistan ərazisində ABŞ-la EAGLE PARTNER 2023 birgə təlimlərinin keçiriləcəyini açıqlayıb. Agentliyin məlumatına görə, hərbçilər sülhməramlı tapşırıqların yerinə yetirilməsi zamanı münaqişə tərəfləri arasında münasibətlərin sabitləşdirilməsi üzrə əməliyyatlar hazırlayacaqlar.

Bundan əvvəl NATO-nun Avropa İnkişaf Komitəsinin rəhbəri Günter Fehlinger Ermənistanı alyansa qoşulmağa çağırıb. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində deyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN