Bolqarıstan Xalq Məclisinin (Parlament) Müdafiə Komitəsi S-300 zenit sistemləri üçün nasaz raketlərin Ukraynaya pulsuz təhvil verilməsini təsdiqləyib.
Bu barədə Bolqarıstan Milli Radiosu məlumat yayıb.
Bolqarıstanın müdafiə naziri Todor Taqarev "Biz təmiri mümkün olmayan raketləri istifadəyə veririk" deyib. Yardım paketinə raketlərdən əlavə, Bolqarıstan tərəfinin “artıq ehtiyacı olmayan” avtomatik atıcı silahlar üçün döyüş sursatları da daxildir.
Layihə ən böyük parlament fraksiyaları tərəfindən hazırlanıb, müxalifət isə buna qarşı çıxıb və Tagarevin “Bolqarıstanın son hava hücumundan müdafiə sistemlərinə müdaxilə etdiyi” barədə xəbərdarlıq edib.
Bolqarıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Emil Eftimov aydınlıq gətirib ki, orduda hazırda nasaz raketlər var və bu raketlər hərbçilər üçün təhlükə yaratdığı üçün ən yaxşısı anbarlarda saxlanmır.
E.ŞİRİNOV