Qarabağdan Ermənistana 42 mindən çox məcburi köçkün gəlib.

Bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan brifinqdə bildirib.

“Saat 08:00-a olan məlumata görə, Qarabağdan sərhədi keçənlərin sayı 42,5 min nəfər təşkil edib", - o deyib.

Sentyabrın 26-da Bağdasaryan bildirib ki, Ermənistana 20 mindən çox Qarabağ sakini gəlib.

“Hazırda Qarabağdan Ermənistana 20 270 nəfər daxil olub", - deyə o, məlumat verib.

Hökumət Ermənistan və Qarabağı birləşdirən Laçın dəhlizinin yaxınlığındakı Kornidzor kəndində humanitar mərkəzin yaradılmasını da qeyd edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN