İsveçrə hökuməti orada insan haqlarının pozulması iddiası ilə Çinə sanksiya tətbiq etməmək qərarına gəlib. Bu qərarı İsveçrənin İqtisadiyyat Nazirliyi verib.

Bu barədə RİA Novosti məlumat yayıb.

Ötən ilin sonunda İsveçrə hökuməti Çinə qarşı “hazırda mövcud tematik sanksiyaları qəbul etməmək” qərarına gəlib. Beləliklə, Bern bu cür məhdudiyyətlərin qəbul edildiyi Aİ-yə tabe olmaqdan imtina etdi.

Bundan əvvəl İsveçrə hakimiyyətinin qərarı ictimaiyyətə açıqlanmamışdı; bu, ötən gün rəsmilərin jurnalistin sorğusuna cavab verməsindən sonra məlum olub.

"Federal Şura qərarı müxtəlif xarici siyasət və hüquqi meyarlar əsasında qiymətləndirdi", - İsveçrə İqtisadi İşlər Nazirliyi bildirib.

Vurğulanıb ki, Aİ Çinə qarşı yeni sanksiyalar qəbul edərsə, onların tətbiqi imkanlarına İsveçrə hökuməti baxacaq.

Aİ 2021-ci ilin martında bir neçə Çin nümayəndəsinə qarşı şəxsi sanksiyalar tətbiq edib. Onlar uyğurların yaşadığı bölgə də daxil olmaqla insan haqlarının pozulmasında ittiham olunublar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN