Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir daha bəyan edib ki, respublikanın silahlı qüvvələri ölkənin cənub sərhədləri yaxınlığında, Suriya və İraqda yenidən genişmiqyaslı antiterror əməliyyatına başlaya bilər.

O, parlamentin yeni iclasının açılışında çıxışı zamanı deyib: "Son terrorçu məhv edilənə qədər həm Türkiyə daxilində, həm də onun hüdudlarından kənarda mübarizəmizi qətiyyətlə davam etdirəcəyik. İstəyirik ki, hamı bizim sözlərimizi həmişə xatırlasın ki, bir gecə qəfil gələ bilərik".

Ərdoğan həmçinin bildirib ki, “Türkiyə öz təhlükəsizliyinə 40 ildir davam edən separatizmlə bağlı təhdidlər məsələsini böyük ölçüdə həll edib”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN