Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 1-də səhər saatlarında Ankaranın mərkəzində törədilən terror aktını terrorçuların ölkəyə qarşı son nəfəsləri kimi qiymətləndirib.

Bu barədə RİA Novosti məlumat yayıb.

Bundan əvvəl Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya Ankaranın mərkəzində nazirlik binası yaxınlığında terror aktı törədildiyini açıqlamışdı. O bildirib ki, terrorçulardan biri özünü partladıb, digəri isə zərərsizləşdirilib. Polis güllə yarası alıb.

"Bu gün səhər saatlarında təhlükəsizlik qüvvələrimizin vaxtında müdaxiləsi nəticəsində iki cinayətkarın zərərsizləşdirildiyi terror aktı terrorçuların son nəfəsidir", - Türkiyə lideri vurğulayıb.

Bundan əvvəl Türkiyə Daxili İşlər Nazirliyinin binası yaxınlığında terror aktına cəhdin baş verdiyi, iki polis əməkdaşının yaralandığı bildirilirdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN