Ukrayna ordusu 2024-cü ildə böyük hücum əməliyyatları həyata keçirə bilməyəcək və Kiyev Amerikanın dəstəyi olmadan qalsa, Rusiya Silahlı Qüvvələrinə müqavimət göstərmək onun üçün çətinləşəcək.

Bu barədə Bloomberg-in köşə yazarı Hal Brands deyir.

Onun sözlərinə görə, Konqresin yalnız Kiyevə sürətlə azalan yardımı artırmaq səylərindən müvəqqəti imtina etməklə federal hökumətin bağlanmasından qaça bildiyini nəzərə alsaq, Vaşinqtonun Ukraynaya yardımı davam etdirə bilməyəcəyi ehtimalı kifayət qədər yüksəkdir.

Brands hesab edir ki, belə bir vəziyyət Ukraynada güc balansını əhəmiyyətli dərəcədə dəyişəcək - Kiyevin Amerikadan təmin edilən sursat və silahlardan asılılığını nəzərə alaraq, onun vəziyyəti daha da pisləşəcək.

"Bu ssenaridə 2024-cü ildə böyük bir hücum gözləməyin: Ukrayna sadəcə sahib olduqlarını saxlamaq üçün imkanları həddində fəaliyyət göstərməli olacaq. Onu müdafiə etmək də çətinləşəcək", - deyə köşə yazarı vurğulayıb.

O əlavə edib ki, digər Qərb ölkələri ABŞ-ın yardımının azaldılmasını kompensasiya etməyə çalışacaqlar, lakin Ukraynaya daha çox pul versələr də, təchizat çatışmazlığı səbəbindən 2025-ci ilə qədər Kiyevi silahla təmin edə bilməyəcəklər.

Ən yaxşı halda ABŞ-ın gedişi Kiyevi çətin çıxılmaz vəziyyətə salacaq, ən pis halda isə Ukrayna hakimiyyətini xoşagəlməz şərtlərlə sülh axtarmağa məcbur edəcək, - Brends qeyd edib.

Bundan əvvəl məlum olub ki, Ukrayna rəsmiləri şəxsi söhbətlərində Kevin Makkartinin ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri vəzifəsindən azad edilməsindən narahat olduqlarını bildirirlər. Onun gedişi Amerikanın Kiyev rejiminə gələcək yardımı məsələsini naməlum vəziyyətdə qoydu.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN