Macarıstanın baş naziri Viktor Orban Avropa Parlamentinin guya “Qarabağda atəşkəs rejimini və insan haqlarını pozduğuna görə” Azərbaycan hökumətinin nümayəndələrinə qarşı məqsədyönlü sanksiyaların nəzərdən keçirilməsi çağırışını qəti şəkildə dəstəkləmir.

O, bu barədə oktyabrın 6-da Qranadada Aİ liderlərinin qeyri-rəsmi görüşündən əvvəl media ilə söhbətində bildirib.

 Belə ki, baş nazirdən Avropa Parlamentinin Azərbaycanla bağlı son qətnaməsinə münasibət bildirməsi istənilib, hansı ki,  bu qətnamədə Avropa Parlamentinin deputatları Bakı ilə münasibətlərə yenidən baxılmasını və məqsədyönlü sanksiyaların nəzərdən keçirilməsini istəyiblər.

 "Azərbaycan mühüm əhəmiyyət kəsb edən ölkədir. Azərbaycan olmasa, biz enerji müstəqilliyinə nail ola bilmərik... Əgər biz Rusiyadan enerji asılılığından xilas olmaq istəyiriksə, Azərbaycana ehtiyacımız var və  bu, göz qabağındadır. Bu, strateji əhəmiyyətli ölkədir", - deyə Viktor Orban vurğulayıb.

 Xatırladaq ki, Avropa Parlamenti 491 lehinə səslə Azərbaycan əleyhinə qərəzli, əsassız və sifarişli qətnamə qəbul edib. Hansı ki, bu qətnamənin Azərbaycan üçün heç bir hüquqi əsası və əhəmiyyəti yoxdur...

 

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN