Kreml hesab edir ki, Ukrayna bədbəxt ölkədir, çünki orada hakimiyyətin dəyişdirilməsinin əvəzini başqa dövlət ödəyir.

Bunu prezidentin mətbuat katibi Dmitri Peskov “Bilik” cəmiyyətinin marafonunda çıxışı zamanı deyib.

"Bu, bədbəxt ölkədir, başa düşürsən? Hansı başqa ölkə hansı hökumətin olması barədə düşünür və belə bir hökumətin hakimiyyətə gəlməsini təmin etmək üçün sayğaclı taksidə olduğu kimi pul ödəyir", - Kreml nümayəndəsi bildirib.

Sözlərini təsdiqləmək üçün o, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın CNN-ə müsahibəsini xatırladıb və o, Vaşinqtonun Ukraynadakı siyasi prosesləri maliyyələşdirdiyini və bunun onlara 5 milyard dollara başa gəldiyini etiraf edib.

Onun sözlərinə görə, pul “öz maraqlarını təmsil edən güclü, demokratik hökumətə sahib olmaq istəyən Ukrayna xalqının istəklərini dəstəkləmək üçün” xərclənib.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN