Gürcüstan parlamentində respublikanın keçmiş prezidenti Mixail Saakaşvili rejiminin cinayətlərini araşdırmaq üçün komissiya yaradılacaq.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bunu hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının icraçı katibi, parlament çoxluğunun lideri Mamuka Mdinaradze deyib.

“Yuxarıda qeyd olunan sistemli cinayətləri araşdırmaq və Saakaşvili rejiminə qiymət vermək üçün Gürcüstan parlamentinin yaz sessiyasının birinci həftəsində 2003-2012-ci illərdə qüvvədə olan rejimi, bu rejimdə siyasi vəzifə tutanları və bu cinayətləri törədən şəxsləri araşdırmaq üçün müvəqqəti istintaq komissiyası yaradılacaq”, – o deyib.

Bundan əvvəl Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili Tiflisdəki yeni ofisində ölkə rəhbəri kimi fəaliyyətini davam etdirəcəyini bildirmişdi. O əlavə edib ki, Gürcüstan dərin böhran içindədir və bundan çıxış yolu yeni parlament seçkilərinin keçirilməsidir.

Bundan əvvəl “İzvestiya” qəzeti Zurabişvilinin ABŞ-a getdiyini və Arizona Universitetinin Makkeyn İnstitutunun əməkdaşı olduğunu yazmışdı. Bildirilib ki, respublikanın keçmiş prezidenti tələbələrə demokratiyanın necə yaradılması ilə bağlı biliklər aşılayacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN