Azərbaycanın Avropaya qaz ixracatında yeni artımlar qeydə alınıb. 2024-cü ilin ilk 9 ayında Avropaya qaz ixracatı 8.6 faiz artaraq 9.4 milyard kubmetrə çatıb.
Bu müddətdə Türkiyəyə 7,3 milyard kubmetr, Gürcüstana isə 1,7 milyard kubmetr qaz satılıb. Həmin dövdə Azərbaycanda 37.1 milyard kubmetr qaz hasil edilib.
TEZADLAR.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
O diqqətə çatdırıb ki, bu, əvvəlki ilin uyğun dövrünə nisbətən 2.7 faiz artım deməkdir.
Deputat Avropanın qərəzli qətnamələrinə rəğmən Aİ-yə qaz ixracında Azərbaycanın ilk beşlikdə olduğunu da vurğulayıb.
"Qazın 9,8 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 20,5 milyard kubmetri “Şahdəniz”, 1,1 milyard kubmetri “Abşeron”, 5,7 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 1,1 milyard kubmetr artımla qaz hasil edilib".
Avropanın bir sıra dairələrində qərəzli qətnamələrin qəbuluna rəğmən Azərbaycan köhnə qitənin enerji təhlükəsizliyinin formalaşmasındakı rolunu artırmaqdadır. Artıq Avropa İttifaqına qaz idxalı həcminə görə Azərbaycan ilk beşlikdə qərarlaşıb. Trans-Adriatik Qaz Boru Kəmərinin istismara verildiyi 2020-ci il dekabrın 31-dən indiyədək Avropaya 40 milyard kubmetrə yaxın Azərbaycan qazı ixrac olunub", - deyə Vüqar Bayramov qeyd edib.
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN