Qənirə Ataşova Azərbaycanda fəaliyyət göstərən bir çox plastik həkim və kosmetoloqların əslində saxta diplomlu olduğunu bəyan edib, həm də 30 min müqabilində...
***
ABŞ-yə köçən aparıcı Qənirə Ataşova Azərbaycanda plastik-cərrah və kosmetoloq kimi fəaliyyət göstərən həkimlərlə bağlı paylaşımları ilə diqqət çəkib.
TEZADLAR.AZ xəbər verir ki, aparıcı bir çox həkimin saxta yolla diplom aldığını və ya adi sertifikatlarla bu işlə məşğul olduğunu iddia edib.
Ataşova ötən gün "Saxta yolla plastik-cərrahiyə diplomu alanlar" başlıqlı siyahı paylaşıb.
"30 min manat verib bir gecədə ixtisas dəyişən həkimlətin siyahısı tərtib edilib. 2011-ci ildən sonra Azərbaycanda rezidentura təhsili tətbiq olunub. Qanuna əsasən, rezidenturanı bitirməyənlər ixtisaslı həkim ola bilməz. Amma təqdim etdiyim siyahıdakı həkimlerin heç biri estetik cərrahiyyə üzrə rezidentura təhsili almayıb"- deyə, Q.Ataşova paylaşımında yazıb).
Aparıcı, eyni zamanda Səhiyyə Nazirliyini saxta diplom satmaqda ittiham edib:
"Səhiyyə Nazirliyinə düz 30 min manat ödəyib, “möcüzəvi şəkildə” ixtisas dəyişdirmək mümkündür. 30 min manata nazirlik dövlətin möhür və imzasını belə “hədiyyə” edir. Nə deyək, məbləğ o qədər “ucuzdur” ki, insanın az qala ürəyi ağrıyır. Bu möhtəşəm sertifikatın qiymətini niyə 500 min manat etməyiblər? Axı, peşəkar fırıldaqlar daha bahalı olmalıdır, elə deyilmi? Əlbəttə, saxta cərrahlarımızda özlərini daha da inandırıcı göstərmək üçün xaricdə qısamüddətli kurslara qatılırlar. Təsəvvür edin, gedib bir-iki gün xaricdə “təhsil” alır, sonra isə böyük fəxrlə geri qayıdıb, “Beynəlxalq Sertifikatlı Estetik Cərrah” olduqlarını iddia edirlər (axşam.az)".
Xatırladaq ki, sabiq ANS-çi adı çəkilən kanalda uzun illər aparıcı kimi fəaliyyət göstərib. "80 kilometr yerin altı ilə" filmini hazırlayıb, "Nəzər nöqtəsi" və "Xəbərçi" proqramlarında aparıcılıq edib. Hazırda "Xəbərçi" informasiya proqramında çalışıb.
2013–2015-ci illərdə ANS-in baş redaktoru vəzifəsində çalışıb. 2015-ci ildə ANS-in ABŞ-dakı bürosuna növbəti bir il üçün rəhbər təyin olunub.
2017-ci ildə təhsil almaq üçün ABŞ -yə köçüb və 2019-cu ilin sonunda orada Qrin kard əldə edib. 2020-ci ildən Günaz TV -nin Vaşinqton nümayəndəliyində çalışıb. ABŞ-da, paytaxt Vaşinqtonda yerləşən "Bay Atlantic University"də MBA təhsilini tamamlayaraq İnformasiya Texnologiyaları sahəsində işə başlayıb. Hazırda IT şirkətlərdən birində kompüter mühəndisi kimi çalışır.
JASMİN