Çinin xarici işlər naziri Fələstinin dövlətçilik hüquqlarına məhəl qoyulmaması əleyhinə çıxış edib.

"Fələstin və İsrail arasında münaqişənin dövri olaraq təkrarlanmasının əsas səbəbi Fələstin xalqının dövlətçilik və yaşamaq hüquqlarına uzun müddət məhəl qoymamasıdır", - deyə Çin Xarici İşlər Nazirliyi Pekində İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqası ölkələrinin xarici işlər nazirliklərinin rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirən ölkənini XİN  naziri Van İ-nin sözlərindən sitat gətirib.

  “Nizamlanmaya gedən yol “iki xalq üçün iki dövlət” layihəsinin həyata keçirilməsindən və müstəqil Fələstin dövlətinin yaradılmasından asılıdır”,- o, əlavə edib.

Vanq İ-nin vurğulayıb ki, Fələstin məsələsi Yaxın Şərqin əsas problemidir.

  “Əgər ədalətli həll tapmasa, regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olması mümkün olmayacaq”, - deyə o vurğulayıb.

Dipıomat Çinin “ərəb və islam ölkələrinin tərəfində möhkəm dayanacağını” və Fələstin ilə İsrail arasında sülhün bərpası üçün fəal səy göstərəcəyini bəyan edib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS terror qrupu tərəfindən Qəzza zolağından İsrailə raket hücumları başlayıb və silahlı qruplar ölkənin ərazisinə soxularaq polis idarəsini zəbt ediblər, mülki insanları girov götürüblər. Minlərlə insan həyatını itirib. İsraildə müharibə vəziyyəti elan olunub. İsrail Qəzzada HƏMAS qruplaşmasına qarşı əməliyyatlara başlayıb. İsrail HƏMAS-ın təslim olmasını təklif edib.

Bu gün isə İsrail Müdafiə Qüvvələrinin Baş qərargah rəisi Hertsi Halevinin əməliyyatların növbəti mərhələsini təsdiqlədiyini və "onlar (HƏMAS)  təslim olacaqlar, ya da öz tunellərinin içərisində öləcəklər"ini bəyan edib.

 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN