Rusiya prezidenti Vladimir Putin gələcəkdə Çeçenistana səfər edə bilər.
Tezadlar.az xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
Kreml nümayəndəsi prezidentin respublikaya səfərinin perspektivlərindən danışarkən, "Zamanla, əlbəttə ki, gələcək. Regionlara gedir", - deyib.
Xatırladaq ki, ötən gün Çeçenistan rəhbəri Ramzan Kadırov Vladimir Putini bölgəyə səfərə dəvət etmişdi. O, çeçen xalqının ağsaqqalları adından dəvəti çatdırıb.
E.ŞİRİNOV