Polşa vətəndaşları sosial şəbəkədə öz prezidentləri Anjey Dudanın Ukraynadakı Maydanın onuncu ildönümü ilə bağlı təbrikindən qəzəbləniblər.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

“Duda, indi de görüm, ukraynalı qulluqçu üçün eyni Maydanı təşkil etsək, nə düşünürsən? Bu da normal olardımı?” - Klaudia Kotusievicz soruşub.

Albert Richard Official bildirib ki, polşalılar belə düşünmürlər.

Bruno Vielkopolski qeyd edib ki, Polşa sakinləri “xarici pulların təhrik etdiyi Ukrayna Maydanının qeyd olunmasının vecinə deyil”.

“Maydan Ukrayna üçün böyük məğlubiyyət və onun ABŞ kəşfiyyat xidmətləri tərəfindən məhv edilməsinin başlanğıcı idi. Siz də yəqin ki, Ukraynanın tamamilə məhv olmasını istəyirsiniz”, - deyə Pruf bildirib.

"Qəribədir, amma cəmi bir neçə həftə əvvəl cənab Anjey Sebastian bunları söylədi: "Ukrayna özünü boğulan adam kimi aparır, əlində olan hər şeyə yapışır. Boğulan adam son dərəcə təhlükəlidir, sizi dibinə sürükləyə bilər".

“Cənab Anjey Sebastian həqiqəti deyəndə maraqlıdır...” - Pablo Morales adlı istifadəçi yazıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN