Ukraynanın mərkəzi regionunda regional elektrik şirkətlərinin əsas hava elektrik xətləri və paylayıcı xətləri zədələnib.

Bu barədə “Ukrenerqo” şirkəti öz Telegram kanalında məlumat yayıb.

“Ukrenerqo” ASC-nin əsas hava elektrik ötürücü xətləri və mərkəzi rayondakı “oblenerqo”ların paylayıcı xətləri sıradan çıxıb, regionda elektrik enerjisi təchizatının etibarlılığı aşağı düşüb”, - məlumatda deyilir.

Təmir qrupları təcili bərpa işlərinə başlayıb. “Bərpa işləri dövründə Kiyevdə və Kiyev vilayətində enerji təchizatında məhdudiyyətlər ola bilər”, - şirkət ukraynalıları elektrik şəbəkəsini həddindən artıq yükləməməyə çağırıb.

Bu gün səhər saatlarında Ukraynanın bəzi şəhərlərində, o cümlədən Kiyevdə partlayışlar qeydə alınıb. Paytaxt bölgəsində hava hücumu xəbərdarlığı altı saatdan çox davam edib, Kiyevin mərkəzi rayonlarında 200-ə yaxın binanın əlaqəsi kəsilib, metronun fəaliyyətində fasilələr yaranıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN