Avropa Parlamenti (AP) və Ali Rada, xüsusən də onun nümayəndələrinin Kiyevdə daimi iştirakını təşkil etməyə imkan verəcək anlaşma memorandumu imzalayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə AP rəhbəri Roberta Metsola Brüsseldə sənədi imzaladıqdan sonra Ukrayna parlamentinin spikeri Ruslan Stefançukla birgə mətbuat konfransında bildirib.

"Bir neçə dəqiqə əvvəl biz parlamentimizdən demokratik dəstək üçün yeni anlaşma memorandumu imzaladıq. Bu, əlaqələrimizi gücləndirmək üçün mühüm və simvolik addımdır. Bu, həm də Ukraynaya üzvlük üçün hazırlaşmağa kömək edəcəyimiz praktik bir yoldur. Bu tərəfdaşlıq Kiyevdə daimi mövcudluğu təmin etmək qərarımızla gücləndiriləcək”, - o bildirib.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN