İordan çayının qərb sahilinin Cenin şəhərində İsrail hərbçilərinin açdığı atəş nəticəsində iki fələstinli uşaq həlak olub.

Tezadlar.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

“Adam Samer əl-Ghul (8 yaş) və Basil Süleyman Əbu əl-Vafa (15 yaş) Cenində işğalçıların (İsrail hərbçiləri nəzərdə tutulur – RED.) güllələri ilə öldürülüb”, - deyə məlumatda bildirilir.

Məlumat departamentin Facebook səhifəsində dərc olunub.

Noyabrın 29-na keçən gecə Qətərin “Əl-Cəzirə” telekanalı İsrail ordusunun şəxsi heyətinin Cenin şəhərində genişmiqyaslı hərbi əməliyyat keçirərək şəhərin mərkəzinə 50-dən çox zirehli texnika yerləşdirdiyini bildirib. Onların Ceninin üç əsas xəstəxanasının girişini də bağladıqları bildirilir. Şəhərin bir neçə bölgəsində fələstinlilərlə atışma olub. Ən azı 8 nəfər yaralanıb. Fələstinin “WAFA” agentliyi xəbər verir ki, bununla yanaşı Yerixo şəhərindəki qaçqın düşərgələrində də reydlər keçirilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN