Ukrayna Silahlı Qüvvələri (USQ) de-fakto NATO ordusuna çevrilir.

Bu açıqlama ilə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba çıxış edib. Ukraynalı nazir blokun baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında bildirib ki, ölkə alyansla qarşılıqlı uyğunluğu artırır.

Tezadlar.az xəbər verir ki, mətbuat konfransı bir neçə saat əvvəl Ukrayna-NATO Şurasının iclasının keçirildiyi Brüsseldə baş tutub.

"Biz NATO ilə qarşılıqlı fəaliyyət qabiliyyətimizi artırırıq. İmkanlarımız və idarəetmə prinsiplərimizi nəzərə alaraq, biz böyük ölçüdə faktiki NATO ordusuna çevrilirik", - Kuleba bildirib.

Eyni zamanda, “Frankfurter Allgemeine” nəşrindəki materialın müəllifləri qeyd ediblər ki, Şimali Atlantika Alyansı xarici işlər nazirlikləri rəhbərlərinin görüşü zamanı Ukraynadakı münaqişənin müzakirəsi tonu dəyişib. Nəşr göstərir ki, artıq az adam Ukrayna Silahlı Qüvvələrinin qələbə qazana biləcəyinə inanır, buna görə də heç kim Ukrayna hərbçilərinin yeni əks-hücumundan danışmaq istəmir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN