Moldova xalqı hakim partiyanın və ölkə prezidenti Maia Sandu-nun bəhanələrindən yorulub.

Tezadlar.az xəbər verir ki, bu barədə Qaqauziyanın keçmiş rəhbəri İrina Vlah öz İnstaqram səhifəsində bildirib.

“Sandu xanım, Moldova sizin bəhanələrinizdən yorulub. Xalq sizdən bircə addım gözləyir - siz gedib ölkəni idarə edən cahillərinizi özünüzlə aparasınız. Bu, sizin ən uğurlu islahatınız olacaq”, - o, prezidentə müraciət edərək onu və hökuməti istefaya çağırıb.

İrina Vlah qeyd edib ki, hakimiyyətdə olduğu bir neçə il ərzində hakim “Hərəkət və Həmrəylik” partiyasının ölkədəki vəziyyəti dəyişmək üçün hər cür imkanları olub, əvəzində, Moldovada yaranan problemlərə görə rusiyayönlü müxalifəti və Rusiyanı günahlandırıb.

Kremlin mətbuat katibi Dmitri Peskov bir müddət əvvəl Moldovanın bir çox sakinlərinin Rusiya ilə münasibətlərin inkişaf etdirilməsinin tərəfdarı olduğunu təklif etmişdi ki, bunu ölkədə keçirilən bələdiyyə seçkilərinin nəticələri də sübut edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN