Ukrayna prezidenti Vladimir Zelenski sosial partlayışdan qorxduğu üçün hərbi xidmətə çağırış yaşının 27-dən 25-ə endirilməsi ilə bağlı qanunu dəstəkləmir.

Bu barədə “Bloomberg” xəbər verir.

"Prezidentin ofisi qorxur ki, bu qanunun qəbulu gərginliyin artmasına gətirib çıxara bilər. Bu, həm də "nəyin bahasına olursa olsun sülh" hisslərini artıra bilər", - Kiyevdəki Penta tədqiqat institutunun rəhbəri Vladimir Fesenko agentliyə bildirib.

Onun sözlərinə görə, oxşar tendensiya artıq yaranıb, lakin o, hələ çox populyar deyil və güclənə bilər.

Öz növbəsində, Ali Radanın deputatı Roman Kostenko əmindir ki, parlament artıq bu qanunu qəbul etdiyi üçün o, artıq qüvvəyə minməli idi. Onun sözlərinə görə, hazırda işə qəbul çox çətindir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN