Moskvanın Nikulinski Məhkəməsi prokurorluğun tələbi ilə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin keçmiş polkovniki Dmitri Zaxarçenkonun qohumlarından dövlət gəlirləri üçün 50 milyon rubldan çox pul müsadirə edilməsinə qərar verib.

Bu barədə paytaxt prokurorluğu öz Telegram kanalında məlumat yayıb.

“Moskva prokurorluğunun korrupsiya cinayətlərində təqsirli bilinən keçmiş polis polkovniki Dmitri Zaxarçenkonun, habelə onun qohumları və dostlarının 50 milyon rubldan çox məbləğdə əmlakının Rusiyanın gəlirlərinə keçməsi ilə bağlı iddiaları təmin edilib",  məlumatda bildirilir.

Zaxarçenkonun vəkili Valeriya Tunikova bildirib ki, müvəkkili iclasda videokonfrans vasitəsilə iştirak edib və mübahisəli əmlak onun adına və ya birbaşa qohumlarına rəsmiləşdirilmədiyi üçün bir neçə dəfə onun müttəhimlər siyahısından çıxarılmasını istəyib.

Nəzarət orqanının məlumatına görə, keçmiş polisin korrupsiya yolu ilə atası, bacısı, keçmiş arvadı və etibarlı adamı Moskvanın Vernadski prospektindəki evdə iki mənzil və iki parkinq yeri, həmçinin müxtəlif zinət əşyaları və saatlar alıb. Bundan əlavə, onlar öz hesablarında külli miqdarda vəsait toplayıb və ümumilikdə 50 milyon rubla çatdırıblar.

Nəticədə, Nikulinski Rayon Məhkəməsi ittiham tərəfinin tərəfinə keçib və prokurorun iddiasını təmin edib.

Bundan əvvəl keçmiş FTX zabiti Dmitri Senin Daxili İşlər Nazirliyinin keçmiş polkovniki Dmitri Zaxarçenkoya rüşvətin verilməsində vasitəçilik etdiyinə görə qiyabi olaraq 9 il müddətinə azadlıqdan məhrum edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN