Jurnalist Omid Skobinin Britaniya kral ailəsinin pərdəarxası həyatından bəhs edən yeni kitabının Hollandiyada nəşri Böyük Britaniyada qalmaqala səbəb olub.
Bu barədə BBC News xəbər verir.
Kitabda amerikalı teleaparıcı Oprah Uinfriyə müsahibəsində Şahzadə Harri və həyat yoldaşı Meqan Marklın müsahibəsində səsləndirilən irqçilik ittihamlarından bəhs edilir. İngilis nəşrində Skobi yazır ki, kral ailəsinin iki üzvü irqçi ifadələr işlədiblər və o, onların adlarını bilir, lakin Britaniya qanunları onların ictimaiyyətə açıqlanmasına icazə vermir.
Kitabın Hollandiya nəşrində günahkarların adları birbaşa çəkilir. Britaniyalı jurnalist Pirs Morqanın sözlərinə görə, Şahzadə Uilyam orada Keyt Middltondur.
Naşir BBC News-a bildirib ki, əlyazmanın holland dilinə tərcüməsi zamanı səhvə yol verilib. “Washington Post”a şərhində naşir əlavə edib ki, Hollandiya nəşri müvəqqəti olaraq satışdan çıxarılıb. Kitabın yenidən işlənmiş versiyası dekabrın 8-də rəflərdə olacaq.
Kitabın müəllifi Omid Skobi Hollandiyanın RTL Boulevard televiziya şousuna müsahibəsində bildirib ki, hətta əlyazmada ad çəkməyib. "Mənim qələmimdən çıxan heç bir versiyada adlar yox idi", - deyib: "Təəssüf ki, mən holland dilində danışmıram və bu nəşri öz gözlərimlə görməmişəm, lakin tərcümədə səhvlər varsa, naşir onu mütləq düzəldəcək".
Adların dərci Britaniya tabloidlərində günün əsas qalmaqalına çevrilib. Daily Mirror və Daily Mail, ön səhifələrində "Kitab adları "kral irqçisi"" və "İkinci "kral irqçisi" adlandırıldı" başlıqlarını yerləşdirib. "Kral irqçisi kimdir" və "kral ailəsində dəri rəngi haqqında soruşan" ifadələri İngiltərədə ən çox axtarılan terminlər arasında olub.
2021-ci ilin yazında yayımlanan amerikalı teleaparıcı Oprah Uinfri ilə müsahibədə Şahzadə Harri və Meqan Markl kral ailəsinin bəzi üzvlərinin Harrinin uşağının dəri rəngindən narahat olduqlarını iddia edərək, Meqan Marklın anasının qaradərili olduğuna işarə ediblər. Harri və Meqan kimin haqqında danışdıqlarını dəqiqləşdirməyiblər.
Jurnalist Omid Skobi Şahzadə Harri və Meqan Markl ilə yaxın əlaqələri ilə tanınır və onların tərcümeyi-halının yazılmasında iştirak edib. Onun yeni kitabı "Endgame" noyabrın 28-də işıq üzü görüb.
E.ŞİRİNOV