Moskvanın Taqanski Rayon Məhkəməsi sosial şəbəkənin sahibinin ona nəzarət etmək öhdəliyini yerinə yetirmədiyi üçün TikTok-u 800 min rubl cərimələyib.
Bu barədə REN TV-nin müxbiri məhkəmə zalından məlumat verib.
""TikTok Pte.Ltd" 13.50-ci maddənin 2-ci hissəsinə əsasən inzibati xəta törətməkdə təqsirli bilinib", - deyə Moskva ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl Moskvanın Taqanski Məhkəməsi Telegram messencerini 4 milyon rubl cərimələyib.
E.ŞİRİNOV