Həmişəki kimi, bu gün də Bakının bəzi yollarındakı tıxaclara uyğunlaşmağa və boyun əyməyə məhkumuq...

Adətən, hər səhər işə və ya harasa tələsib yola çıxanda məqsədimizi düşünərdik, indi tıxacda nə qədər qala biləcəyimizi yada salmalı oluruq. Əsas yollar isə tıxaca məhkum olunduğundan alternativ yol belə qalmır ki, vəziyyəti qiymətləndirək.

Beləliklə, "Təzadlar" Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına istinadla Bakının hazırda tıxaclarla yüklü yollarının siyahısını təqdim edir: 

1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

4. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

5. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;

6. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

7. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

9. Niyazi küçəsi, "İçərişəhər" metro stansiyası istiqamətində;

10. Babək prospekti, mərkəz istiqamətində;

11. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;

12. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);

13. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

14. Ziya Bünyadov prospekti, "Çermet" körpüsü "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN