Türkiyə, Rumıniya və Bolqarıstanın müdafiə nazirliklərinin nümayəndələri Qara dənizdə minalara qarşı hərbi dəniz qrupunun yaradılmasına dair memorandum imzalayıblar.
Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyə departamentinin mətbuat xidməti sosial şəbəkəsində məlumat yayıb.
Belə ki, Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Yaşar Gülərin sözlərinə görə, Ukraynada gedən döyüşlər Qara dənizdə gəmilərin hərəkətinin təhlükəsizliyinə mina təhlükəsi yaradır. Bununla bağlı komitənin yaradılması haqqında qərar 2023-cü ilin yayında qəbul edilib.
Gülər onu da vurğulayıb ki, Qara dənizin minalardan təmizlənməsində yalnız memoranduma girən üç ölkənin donanması iştirak edəcək.
"Biz qeyri-Qara dəniz ölkələrinin və müttəfiqlərimizin bu işə mümkün töhfəsini yüksək qiymətləndiririk. Onların bu işdə yardımı uyğun şərait yaranarsa, gələcəkdə müəyyən edilə bilər", - Türkiyə Müdafiə Nazirliyinin rəhbəri əlavə edib.
Daha əvvəl məlum olmuşdu ki, 2023-cü il iyulun sonunda Türkiyə hakimiyyəti Qara dənizin İstanbul yaxınlığındakı Şilə kurortunda yerləşən Sofular çimərliyini ən azı 28 partlamamış mina aşkar etdiyinə görə bağlayıb.
Avqust ayında partlamamış minalar təmizlənib, bütün bağlı çimərliklər açılıb.
Bundan əvvəl Gürcüstanın Batumi şəhərində Qara dəniz sahilində minanın partlaması ilə bağlı məlumatlar yayılıb. Hadisə sahildən 25 metr aralıda suyun içində baş verib. İtkilər barədə məlumat verilməyib.
E.ŞİRİNOV