Sumqayıtda narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.
Bu barədə DİN-in mətbuat xidmətinin məlumatında bildirilir.
Məlumata görə, əməliyyat nəticəsində külli miqdarda - 2 kq-dan artıq narkotik aşkarlanaraq, qanunsuz dövriyyədən çıxarılıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 qadın - ana və qızı saxlanılıb. Onların əvvəllər də məhkumluq həyatı yaşadıqları bildirilir.