Toyların birində müğənni Aygün Kazımova bəy- gəlinə yaxınlaşaraq “necəsiniz” - deyə soruşub. Gəlinin “həyəcanlı” ifadəsinə Aygün Kazımova belə reaksiya verib: “Xanımlar hər zaman həyəcanlı olurlar. Kişilərə nə var ki? Kişi hər zaman dağ kimi dayanır, amma xanım həyəcanlı olur”.

P.S. Aygün tamamilə düz deyir, mən ölüm. Çünki belə həyəcanlı anları özü çox yaşayıb axı. Hər xanımın hünəri deyil haa, o qədər həyəcanlı anları yaşamaq. Aygün xanım məhz o həyəcanları yaşaya-yaşaya gəlib indiki yüksək  mərtəbəyə çatıb və olub estradamızın “Diva”sı. İndi Aygün xanım deyirsə ki, toy günü xanımlar həyəcanlı olur, deməli, haqlıdır. Öz təcrübəsindən çıxış edib danışır də...

***

N.Paşinyanın Minsk Qrupunun ləğv etmək niyyətində olduğunu və konstitusiya dəyişikliyi barədə göstəriş verdiyinə diqqət çəkən Ermənistan parlamentinin revanşist deputatı Tiqran Abramyan belə deyib: “Paşinyan Azərbaycanın tələblərinə boyun əyərək artıq iki güzəştə gedib və bu güzəştlərin siyahısının nə qədər genişlənəcəyi yaxın vaxtlarda bəlli olacaq”.

P.S. Belə yerdə demək lazımdır ki, a daşnak köpəkoğlu. O boyda Ermənistanı öz ərazimizdən kəsib, sizə güzəştə getmişik. Amma gözünüz yenə doymur. Qonşu dövlətlərə olan ərazi iddialarını əvvəlki daşnak prezidentlər R.Köçəryan, S.Sərkisyan Konstitusiyanıza da salıblar. İndi bu yetim Paşinyan nə deyir? Deyir ki, qonşu torpaqlarına göz dikməyi tərgidin və Konstitusiyadan da ərazi iddiasını çıxardıb normal, sivil bir Konstitusiya yaradın. Bəs sənin kimi revanşist daşnaklar nə istəyirsiniz?

***

Ötən həftə Tehranda  minlərlə günahsız insanların edam edilməsinə qərar verən iki məhkəmə hakimi Höccətül-İslam Müqəyyəsə və Höccətül-İslam Razini güllələnərək öldürülüblər.

P.S. Əvvəla, bunlar hakim yox, əsl cəllad olublar. Əsl hakim isə o qurban olduğum Allahdır ki, bu iki cəlladın ölümünə bu şəkildə qərar verib. İkincisi isə, Allah hələ bu iki insan qanına susamış cəllad hakimlərə qarşı xeyli ədalətli davranıb. Çünki minlərlə günahsız insanı qanına qəltan edən bu cəllad hakimlər güllə ilə belə asanca yox, xalqın göz qarşısında diri-diri dəriləri soyulub, sonra da tikə-tikə doğranmalı idilər ki, o biri cəllad hakimlərə də dərs olsun. Bu iki cəllad yəqin ki, cəhənnəmin ən isti bucağına düşərlər, inşallah.

***

Məlumatlara görə bir amerikalı iş adamının şirkəti vasitəsilə insanın ağlından keçənləri oxuya bilən, süni intelektlə çalışan aksessuar-cihaz icad edilib. Adı “OMİ” olan bu cihaz ya boynundan asılmaqla, ya da tibbi yapışqanla beyin nahiyyəsinə taxılandan sonra fikirləri çox asanlıqla oxuya bilir.

P.S. Allah eləsin ki, o “OMİ” cihazı Azərbaycana gəlib çıxmasın. Yoxsa ölkədə işləməyə bircə məmur, deputat, icra başçısı, polis, bank işçisi və s. qalmayacaq. Necə deyərlər, ölkəmiz xaosa bürünər. Çünki bu vəzifə sahiblərinin hamısı xalqa yalan danışır. “OMİ” cihazı da bu yalanları oxuyub ortaya qoyacaq. Yalanları ortaya çıxan hansı məmur sonra öz vəzifəsində işləyə bilər? Kim onlara inanacaq? Sən öləsən bu amerikanlıların da işi-gücü qurtarıb e. Elə ötüb-keçib bizə ilişirlər, mən ölüm.

***

Bir saytın verdiyi xəbərə görə, “Komedixana”nın aktrisası Mələk Kazımovanın şəhərdə çəkilmiş və sosial şəbəkədə yayılmış  bir videosu gündəm olub. Videoda bir xanımla söhbət edən Mələk xanım çəkdiyi siqaretin kötüyünü yerə atıb ki, bu da izləyicilərin qınağına səbəb olub.

P.S. Qınaq nədir e? Siqaret kötüyünün yerə atmağın cəriməsi bu ilin yanvarından 30 manatdan 300 manata qaldırılıb. İndi hər şey göz önündə ola-ola bu Mələk Kazımovaya 300 manat cərimə tətbiq olunacaqmı? Gərək ki, qanunda insanların tutduğu mövqeyinə, vəzifəsinə və sənətinə görə hər hansı güzəşt nəzərdə tutulmayıb. Əgər aktrisa 300 manat cərimə olunsa, bəlkə bundan sonra siqareti tərgidər və  xanımdan nikotin yox, ətir iyi gəlməli olduğunu anlayar.

***

Ermənistan və ABŞ arasında ötən həftə strateji tərəfdaşlıq haqqında xartiya imzalanıb. Bu xartiyaya əsasən, ABŞ Ermənistanın ərazi bütövlüyünü və suverenliyini qoruyacaq.

P.S. Ermənistanın ərazi bütövlüyünü və sərhədlərini rus sərhədçilərinin qoruduğunu nəzərə alsaq, “O olmasın, bu olsun” filmindəki obrazın təbirincə demək olar ki, “qızın iki adaxlısı var”. Burada iki məsələ maraqlıdır: 1. Rusiya ilə ABŞ bir qızı öz aralarında necə bölüşdürəcəklər? 2. ABŞ-la qanlı bıçaq olan və “Ermənistan sərhəddi bizim qırmızı xəttimizdir” - deyən İranın da bu qızda gözü var axı. Amma səsi çıxmır. Bəs görəsən Ermənistanla öz sərhədində ABŞ əsgərlərini görəndə İranın molla rejimi neyləyəcək? Yəqin İran mollaları bəd dua yazıb ABŞ əsgərlərinin dilini və əlini bağlayacaq. Bir məqam da maraqlıdır. Fransanın kiçik bacısı olan Ermənistanın ətrafında bu qədər gədələr fırlanır. Bəs bunu prezident Makronun qeyrəti və namusu necə götürür ki, kiçik bacısına əl və dil uzatmayan qalmayıb.

***

Rəqqasə, “Renka” ləqəbli Rəna Ağamuradova “Mübarək” restoranında administrator tərəfindən kobudluqla üzləşib. Rəqqasənin bildirdiyinə görə o, paltarını dəyişmək üçün otaq istəyib. Adminstrator olan yaşlı bir insan isə, ona kobud cavab verib. Renkanın çəkdiyi bir neçə saniyəlik videodan yalnız administratorun “sən kimsən? “otxot” rəqqasəsən” - deməsi görünür.

P.S. Mən o yaşlı administratorun Renkaya “otxot” rəqqasə, yəni tullantı rəqqasə deməsini qəbul etmirəm. Bu, açıq-aşkar təhqirdir. Amma videoda onun birinci sözü rəqqasənin üstünə gələ-gələ “sən kimsən?” oldu. Bu, nə deməkdir? Bu, o deməkdir ki, bizim şou-əhlinin hər biri, o cümlədən Renka da getdikləri yerdə özlərini çox yuxarıdan aparırlar. Sanki alçaq dağları bunlar yaradıb. Adamlara da yuxarıdan aşağı baxırlar. Sanarsan ki, hamı bunlara borcludur və hər kəs bunların qabağına qaçmalıdır. Orada olmasam da, tam əminliklə deyə bilərəm ki, Renka da özünü yekəxana aparıb, yüksək tonla administratordan otaq istəyib. Maraqlıdır ki, öz səsi o videoda yoxdur. Təbii ki, yüksək ton da yaşlı insan olan administratorun xoşuna gəlməyib və ona görə də deyib ki, “sən kimsən?” Dalınca da “otxot rəqqasə” sözünü işlədib. Dediyim kimi, bu təhqiri qəbul etmirəm. Adminstrator olan yaşlı insan düz etməyib. Amma ay Renka, ay şou-əhli, bu xalqın hesabına babat pullar qazanırsınız. Heç olmasa, onlara qarşı bir az sadə, səmimi davranın ki, belə təhqirləri eşitməyəsiniz.  

***

“ARB”də yayımlanan “Günaydın Azərbaycan” verilişində müğənnilər - Aynur Dadaşova və Niyam Salami arasında mübahisə yaranıb. Niyamı duet oxumağı hazırlaşdığını deməsinə, Aynur bunun əksini bildirərək, belə deyib: “Kəs səsini. Mən sənətdə olanda sən yox idin”.

P.S. Belə yerdə deyiblər e, “kor kora kor deməsə bağrı çatlayar”. Rəhmətliyin uşağı, hər ikinizin heç bir səsi, sənəti yoxdur. Amma Aynur Niyama deyir ki, “mən sənətdə olanda sən yox idin”. Görəsən, hansı sənətdən danışır bunlar? Bir insanın heç bir sənəti olmasa da, özünü sənətkar, dahi hiss etməsi, hansısa bir xəstəliyin əlamətidir.

***

Yanvarın 15-də, yəni öz ad günündə bağırsaq xərçəngindən dünyasını dəyişən 45 yaşlı aktrisa Çimnaz Sultanova haqqında qalmaqal səngimir. Müğənni Manaf Ağayev bildirib ki, Çimnaz ona xəstəliyi barədə heç nə deməyib və o həkim səhvinin qurbanı olub. Sonra isə müğənni bildirib ki, onun fikirləri yanlış başa düşülüb. Daha sonra Çimnaz xanımın adı çəkilməyən qohumu məlumat verib ki, “Bakı Sağlamlıq Mərkəzində səhv əməliyyat olunub və sonra isə Çimnaz “Zəfəran” Hosbitala aparılıb. Oradakı əməliyyatdan sonra vəziyyəti yaxşılaşıb. 30 min manat xərci çıxıb” və sair.

P.S. Mən başa düşə bilmirəm, bu xanım 45 yaşında qoyulan dəqiq diaqnoza görə bağırsaq xərçəngindən dünyasını dəyişibsə, bu nə qalmaqal, bu nə söz-söhbətdir? Xərçəng xəstəliyindən indiyə qədər kim müalicə olunub ki? Bakı Sağlamlıq Mərkəzinin rəsmisi Günay Kazımova da bildirib ki, aktrisa bağırsaq keçməzliyindən yüksək səviyydə əməliyyat olunub və mövcud xəstəliyinin müalicəsi üçün isə Milli Onkologiya Mərkəzinə göndərilib. İndi Çimnaz Sultanovanı da bu zəhrimar xəstəlik belə tez tapıbsa, bu, heç kimin günahı deyil axı... Görünür aktrisanın da taleyi buraya qədər imiş. Gəlin, “Allah rəhmət eləsin” deyək və bununla da qalmaqala son qoyaraq, aktrisanın ruhunu sakit buraxaq.

ELÇİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN