Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Azərbaycan-Ermənistan sərhəddində yüksək münaqişə potensialı görür, vəziyyətin sabitləşməsi üçün sülh sazişi tələb olunur.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukov brifinqdə deyib.

"Ayrı-ayrı dövlətlərin Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək, Xəzər dənizinin resurslarına çıxış imkanı əldə etmək və özləri üçün Mərkəzi Asiyaya birbaşa çıxış imkanı təmin etmək cəhdləri qeydə alınır. Bunun üçün o cümlədən, Ermənistan-Azərbaycan sərhəddinin yüksək münaqişə potensialından fəal şəkildə istifadə olunur. Vəziyyətin gələcək tənzimlənməsində sülh sazişinin imzalanması mühüm yer tutur", - o deyib.

Onun sözlərinə görə, Ermənistanın KTMT-nin üzv olmasına baxmayaraq, Qərb Bakı və İrəvan arasında postmünaqişə dövründə tənzimləməyə təsir göstərməyə çalışır.

"Hətta Ermənistanın təşkilata üzv olmasına baxmayaraq, xaricdən postmünaqişə tənzimləmə formatına təsir göstərmək cəhdləri davam edir", - deyə A.Serdyukov əlavə edib.

Qeyd edək ki, fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb.

Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib.

Bundan əlavə, fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib.

Məlumata görə, əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.

"Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur. Ermənistantərəfinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcəkdir. Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - deyə məlumatda qeyd olunub.

 

trend

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN