Vladimir Zelenski Münhen Təhlükəsizlik Konfransında ABŞ prezidenti Co Baydenlə telefonla danışıb.

“RİA Novosti” yazır ki, bu barədə Ukrayna liderinin özü məlumat verib.

“Biz döyüş meydanındakı mövcud vəziyyəti müzakirə etdik. Mən şadam ki, Amerika prezidentinin tam dəstəyinə arxalana bilərəm. Biz Konqresin müdrik qərarına inanırıq”.

Bundan əvvəl Vladimir Zelenski Münhen konfransında çıxışı zamanı Rusiya qoşunlarının Ukrayna Silahlı Qüvvələri üzərində üstünlüyünü etiraf edib. Siyasətçi Ukrayna münaqişəsini “üstünlük baxımından” ədalətsiz adlandırıb.

Həmçinin, onun sözlərinə görə, ABŞ Ukraynaya yardımı dayandırsa, Kiyev bu ölkəni özünün strateji tərəfdaşı hesab etməkdən əl çəkəcək. Siyasətçinin sözlərinə görə, o, bu tərəfdaşlıq formatına alternativləri belə nəzərdən keçirmir.

Daha əvvəl “Politico” qəzeti yazıb ki, Münhen Təhlükəsizlik Konfransında qəribə atmosfer hökm sürür, iştirakçıların əksəriyyəti Ukraynanın Rusiyanı məğlub etmək şanslarına şübhə ilə yanaşır.

​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN