Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Münhen konfransındakı kədərli görünüşünü Ukraynanın düşdüyü pis vəziyyətlə izah edib.

Tezadlar.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb.

“Münhendə keçirilən konfransda məndən niyə belə tutqun olduğumu soruşdular. Yaxşı, kimsə bunu olduğu kimi deməlidir, ona görə də işlər belədir: İşlər yaxşı getmir”, – yazıda deyilir.

Xarici işlər naziri vurğulayıb ki, Ukrayna qoşunlarının kifayət qədər silah-sursatı yoxdur və geri çəkilməyə məcburdur.

Onun sözlərinə görə, Avropa NATO-nun kollektiv müdafiə ilə bağlı 5-ci maddəsinin gücünü sınaya biləcək problemlərlə üzləşib. Landsbergis Avropa ölkələrini də indi hərəkətə keçməyə çağırıb.

Bundan əvvəl Litva Xarici İşlər Nazirliyinin rəhbəri Rusiyanın NATO-ya qəfil hücumu barədə məlumat vermişdi. O, uzun mənzilli TAURUS qanadlı raketlərinin ötürülməsinin zəruriliyini qeyd edərək, Ukraynaya hərbi yardımın davam etdirilməsinə çağırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN