Yaroslavlda iki sakinə hücum edən maskalı şəxs axtarılır.

Bu barədə fevralın 20-də Rusiya İstintaq Komitəsinin Yaroslavl vilayəti üzrə İstintaq İdarəsinin Telegram kanalında məlumat verilib.

Hər iki hücum şəhərin Frunzenski rayonunda çoxmərtəbəli binaların girişlərində həyata keçirilib. Hadisələrlə bağlı cinayət işi açılıb.

“Naməlum şəxsin 1977-ci il təvəllüdlü qadına qarşı cinsi xarakterli digər hərəkətlər etməsi, 1999-cu il təvəllüdlü qızı zorlamağa cəhd etməsi faktı ilə bağlı cinayət işi araşdırılır”, - idarədən bildirilib.

Hücumlar zamanı təcavüzkar qara gödəkçə, mavi cins şalvar, qara idman ayaqqabısı və eyni rəngli papaq geyinib. Onun təxminən 25 yaşı var, arıq bədən quruluşu və təxminən 170 santimetr boyu var.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN