Aldadılaraq İrana, oradan isə Suriyaya aparılan vətəndaşlarımızın sonrakı acı taleyi hər kəsə bəllidir...

Amma təəssüflər olsun, bəzilərinə dərs olmayıb. Hətta neçə illər əvvəl "Təzadlar"a müsahibə verərək kömək istəyən Şəki rayon sakini olan əlacsız ata ailəsini xəbərdarlıq etmədən aparan oğlundan belə imtina etdiyini demişdi...

***

Azərbaycan hökumətinin gördüyü mərhələli və koordinasiyalı tədbirlər nəticəsində Suriya ərazisində yerləşən düşərgələrdə saxlanılan 5-i uşaq və 2-si qadın olmaqla 7 nəfər Azərbaycan vətəndaşı Vətənə repatriasiya edilib. Bu barədə isə Xarici İşlər Nazirliyindən "Təzadlar"a məlumat verilib. Məlumatda deyilir ki, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilərək onların Türkiyə ərazisinə keçidi təşkil olunub. İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub. "Azərbaycanın Türkiyədəki səfirliyi müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımızı Azərbaycana qayıdış şəhadətnamələri ilə təmin edib və onlar ölkəyə gətiriliblər. Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur", - məlumatda bildirilib.

Bəli, bu cürə addım atanda ən azı sonrakı vəziyyəti və məsuliyyəti bilmək lazımdır. Belə addım atanlardan nə qədərinin Suriyada öldürüldüyünü də bilirik...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN