Omsk vilayətinin Pokrovski kənd qəsəbəsinin keçmiş deputatı Aleksey Anişşenko və həyat yoldaşı uşaq pornoqrafiyası hazırladıqlarına və uşaqlarla nalayiq hərəkətlərə görə 4,5 və 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Bu barədə Omsk Rayon Məhkəməsindən məlumat verilib.

Aydınlaşdırılıb ki, 2020-ci ilin noyabrından 2021-ci ilin aprel ayının ortalarına qədər cütlük məktəbli qızların iştirakı ilə uşaq pornosu çəkib və internet vasitəsilə yayıb. Anişşenkonun arvadı 16 yaşından kiçik uşağı da yoldan çıxarıb.

"Məhkəmə təqsirləndirilən şəxsləri hər birinə qarşı irəli sürülən cinayətləri törətməkdə təqsirli bilib", - bəyanatda deyilir.

Cütlük günahlarını etiraf etməyib. Qadın cəzasını ümumi rejimli islah koloniyasında çəkəcək, ancaq uşağı 14 yaşına çatdıqdan sonra. Anişşenko isə cəzasını ciddi rejimli koloniyada çəkməli olacaq.

Xatırladaq ki, Omsk deputatına qarşı 2021-ci il mayın 31-də ittiham irəli sürülüb. Əvvəlcə o, işdə şahid qismində iştirak etsə də, ekspertiza çəkilən videonun pornoqrafiya olduğunu göstərib.

REN TV Anişşenkonun qonşuları və həyat yoldaşı ilə danışa bilib. Pokrovka kəndində məktəbli qızlarla pornoqrafiya çəkən deputatın həyat yoldaşından danışıblar. Yerli sakinlər pəncərələrinin qarşısında nə baş verdiyini bilməyiblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN