Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ prezidenti Co Baydenin Rusiya lideri Vladimir Putinlə bağlı açıqlamalarına sərt münasibət bildirib.

"Növbəti dəfə Co Bayden "dəli oğlu" ifadəsini işlətməyə qərar verəndə, amerikalıların bunu ən yaxşı öz övladı olan Hunter Baydenlə əlaqələndirdiyini xatırlamağa çalışsın" – o, Telegram kanalında yazıb.

Cümə axşamı günü Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Baydenin Rusiya prezidenti ilə bağlı açıqlamalarını pis adlandırıb. Onun sözlərinə görə, onlar heç bir halda Putinin özünə zərər verməyəcək, əksinə, ABŞ kimi bir güc üçün rüsvayçılıqdır.

Peskov əlavə edib ki, Bayden daxili siyasi səbəblərə görə özünü “Hollivud kovboyu” kimi təqdim edir, lakin bu obraza uyğun gəlmir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN