Fevralın 24-ü şair-publisist, muğam tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı vəfat edib.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə mərhumun ailəsi məlumat verib.

Qeyd edək ki, Gülhüseyn Kazımov (Kazımlı) 1950-ci ildə Cəbrayıl rayonunda anadan olub.

"Vətən sevgisi" (1978), "Yollarda ömür" (1981), "Mənə inan" (1983), "İnsanın dərki" (1995), "Ümid yeri" (2003), "Heydər Əliyevin yadigarları" (2004) və "Seçilmiş əsərləri" (2010) kitablarının müəllifidir.

Şeirlərinə  30-dan çox mahnılar bəstələnmişdir. "Vətən sevgisi", "Qadın əlləri", "Məhəbbət", "Əsgər yuxuları" kimi mahnılar bu qəbildəndir.

Azərbaycan Muğam tarixinin öyrənilməsi istiqamətində önəmli araşdırmalar və əsərlərin müəllifi olan Gülhüseyn Kazımlı iyirmi kitabın, bir monoqrafiyanın müəllifidir. Son illər Gülhüseyn Kazımlı  Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" və "Dəyirmi masa" layihələrinin koordinatoru kimi görkəmli muğam korifeylərinin həyatı va fəaliyyəti haqqında elmi- tədqiqat işləri aparır.

Onun tədqiqatları əsasında XIX əsr Azarbaycan muğam ifaçılığının ən parlaq nümayəndəsi, böyük muğam ustadı, ömrünün 35 ilini Tiflisdə Azərbaycan muğamının, xalq mahnılarını təbliğinə həsr etmiş Əbdülbaqi Zülalov (Bülbülcan) haqqında elmi-publisistik "Bülbülcan" kitabı ərsəyə gəlib.

Həmçinin tədqiqatları əsasında Xalq artistləri Şövkət Ələkbərovanın, Həqiqət Rzayevanın, Yaqub Məmmadovun, tarzən Əliağa Quliyevin, Allahyar Cavanşirovun, əfsanəvi qarmonçalan Əhəd Əliyevin (Kor Əhəd) Teyyub Dəmirovun yaradıcılıqlarına həsr edilmiş yubiley gecələri də Beynəlxalq Muğam Mərkəzində keçirilmişdir. "Bülbülcan" kitabı Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə gürcü dilinə tərcümə edilərək çap olunmuşdur.

2022-ci ildə böyük Azərbaycan xanəndəsi Məşədi Məmməd Fərzəliyevin 150 illik yubileyi münasibətilə "Salam, Məşədi" kitabı çap edilmişdir.

Allah rəhmət eləsin!
Y.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN