Xüsusi hərbi əməliyyat zamanı Rusiya hərbçiləri 24 saat ərzində Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarının operatorları və elektron müharibə mütəxəssisləri üçün təlim meydançalarına zərbələr endirib.
Tezadlar.az xəbər verir ki, bu barədə çərşənbə günü Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiya Silahlı Qüvvələri qruplarının əməliyyat-taktiki aviasiya, pilotsuz uçuş aparatları, raket qüvvələri və artilleriyası hərbi aerodromların infrastrukturuna, anbar sahələrinə və pilotsuz uçuş aparatlarının buraxılması üçün hazırlıq sahələrinə, pilotsuz uçuş aparatlarının operatorları və elektron müharibə mütəxəssislərinin təlim meydançalarına, eləcə də düşmənin canlı qüvvəsi və texnikasının cəmləşdiyi 157 bölgəsinə ziyan vurub”, - məlumatda deyilir.
E.ŞİRİNOV