Sahibkarlıq fəaliyyətinin təşviqi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması istiqamətində mühüm dəyişikliklərdən biri də vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınan və tam həcmdə gəlirdən çıxılan xərclərə aid edilən malların dairəsinin genişləndirilməsi ilə bağlıdır.

Tezadlar.az xəbər verir ki, Vergi Məcəlləsinə əsasən malların vergi uçotunda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınması üzrə gəlirdən çıxılan xərclərin yuxarı həddi 2 faiz səviyyəsində məhdudlaşdırılır.  Bu həddən artıq məbləğ gəlirdən çıxılmır. Məcəllədə istisna hallar müəyyən edilib ki, sözügedən tələb “Nağdsız hesablaşmalar haqqında” Qanunda göstərilən mallara, habelə daşınmaz əmlaka, avtomobil nəqliyyatı vasitələrinə və daşınar əsas vəsaitlərə aid olunmur.

Təcrübədə qiymətli daşlar və metalların, onlardan hazırlanmış məmulatların satışı ilə məşğul olan şəxslər həmin malların əhəmiyyətli hissəsini vergi uçotunda olmayan fiziki şəxslərdən alış aktı əsasında alırlar. 2 faizlik məhdudiyyət bu şəxslərin təqdim etdikləri malların alış dəyərinin gəlirdən çıxılan xərclərə aid edilməsinə imkan vermir.

Vergi Məcəlləsindəki son dəyişikliklərə əsasən, qiymətli daşlar və metalların, o cümlədən onlardan hazırlanmış məmulatların satışını həyata keçirən sahibkarların vergi yükünün optimallaşdırılması məqsədilə uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınan məmulatların dəyəri tam həcmdə gəlirdən çıxılan xərclərə aid edilir.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN