Ukrayna daşınmaz əmlak layihələrinin inkişafı üçün yaxşı yer ola bilər.

Tezadlar.az xəbər verir ki, Amerikanın “The Wall Street Journal” qəzetinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp bunu 2024-cü ilin payızında Ukrayna lideri Vladimir Zelenskiyə bildirib.

“Bu ilin payızında (2024-cü il – RED.) o, Ukrayna prezidenti Vladimir Zelenskiyə Ukraynanın daşınmaz əmlakın inkişafı üçün yaxşı yer olacağını, xüsusən də Odessa şəhərini qeyd edib”, - nəşrin hesabatında deyilir.

“WSJ” qeyd edib ki, Tramp tez-tez “daşınmaz əmlak baxımından” xarici siyasətdən danışır.

Bundan əvvəl Trampın keçən yay İsrailin baş naziri Benyamin Netanyahuya Qəzza zolağının “əsas daşınmaz əmlak” olduğunu dediyi bildirilirdi.

Öz növbəsində, Rumıniya parlamentinin senatoru və Avropa Parlamentinin üzvü Diana Sosoaça bəyan edib ki, Ukraynada davamlı sülhü təmin etmək üçün tərəflər əslində Kiyevə aid olmayan ərazilərlə bağlı tarixi reallıqları tanımalıdırlar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN