NATO və Aİ ölkələri Ukraynaya qoşun göndərməyəcək.

NTV telekanalı xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

O əlavə edib ki, Qərbdə bu məsələdə qarşılıqlı anlaşma var.

Yaxşı müzakirənin bir hissəsi olaraq bir daha müzakirə etdik ki, əvvəldən razılaşdığımız şey gələcəyə də aiddir, yəni Ukrayna ərazisində Avropa dövlətlərindən və ya NATO-dan oraya göndəriləcək quru qoşunları və əsgərlər olmayacaq, - kansler bildirib.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron bildirib ki, konfrans iştirakçıları Qərb ölkələrindən Ukraynaya quru qoşunlarının göndərilməsi imkanlarını müzakirə ediblər, lakin konsensusa nail ola bilməyiblər. Buna baxmayaraq, Fransa lideri zamanla belə hadisələrin baş verəcəyini istisna etməyib.

Fransanın baş naziri Qabriel Attal Makronun ardınca bildirib ki, Qərb ölkələrindən Ukraynaya qoşun göndərilməsini istisna etmək olmaz. Onun sözlərinə görə, Paris “nə vaxtsa Rusiyanın qalib gələcəyi perspektivi” ilə barışa bilməz.

Öz növbəsində, Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik bildirib ki, Polşa Ukraynaya öz qoşunlarını göndərməyi planlaşdırmır. İsveçin baş naziri həmçinin bildirib ki, Ukraynaya qoşun göndərilməsi onun ölkəsi üçün də əhəmiyyət kəsb etmir. O, əlavə edib ki, müxtəlif dövlətlərin digər ölkələrin işlərində iştirak etmək ənənələri fərqlidir və “Fransız ənənəsi İsveç ənənəsi deyil”.

​​​​​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN